ABŞ-da müvafiq tibb müəssisələrinə 15 418 500 doza koronavirusa qarşı vaksin verilib.
Rasthaber Azərbaycan Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərindən bildirilib.
Məlumata əsasən, hazırkı dövrədək 4 563 260 nəfər koronavirusa qarşı vaksinasiya olunub.
Bildirilir ki, vaksinasiya zamanı "Moderna" şirkətinin və "Pfizer/BioNTech" şirkətlərinin vaksinlərindən istifadə olunub.