"ABŞ beynəlxalq hüquqlara məhəl qoymur"

İran İslam Respublikası Ordusunun baş komandanı vurğulayıb ki, amerikalılar təcavüzkarlıq və təkəbbürlük xislətilə beynəlxalq hüquqlara məhəl qoymurlar.

Az.rasthaber.com xəbər verir ki, General-mayor Seyid Əbdürrəhim Musəvi Dafus universitetində yeni təhsil ilinin başlanması mərasiminin kənarında «Cəmaran» destroyerinin amerikan qayıqla toqquşmasının detalları haqda deyib:

"Bu sərnişinsiz gəmilər bölgənin, digər gəmilərin keçdikləri məkan olmasına və onların digər gəmilərin təhlükəsiz hərəkəti üçün təhlükə yarada biləcəklərinə məhəl qoyulmadan başlı-başına buraxılmışdılar".

İran İslam Respublikası Ordusunun baş komandanı əlavə edib: Dəniz qüvvələri tapşırıq bölgəsində iki ABŞ gəmisi ilə toqquşdu və bu iki gəmini, təkcə İranın deyil, həm də bölgədəki başqa gəmilərin təhlükəsizliyinə ziyan vura biləcəyi bölgədən uzaqlaşdırıb, təhlükəsiz bir bölgədə buraxıb.

Xəbəri paylaş

VİDEOLAR