Bu barədə ABŞ Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri Eliot Engel məlumat verib.
Rasthaber “İnterfaks”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası BƏƏ-yə F-35 təyyarələrini satmaq istəməsi barədə qeyri-rəsmi şəkildə Konqresi xəbərdar edib.
Bu barədə ABŞ Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri Eliot Engel məlumat verib.
“Bu texnologiya Fars körfəzindəki hərbi balansa çox dəyişəcək və İsrailin hərbi üstünlüyünə təsir edəcək”, – deyə bildirilib.
Qeyd edilir ki, daha öncə Konqresin Demokrat partiyasından olan 2 köməkçisi demişdi ki, BƏƏ-yə satılması nəzərdə tutulan silahlar paketinə təxminən 10 milyard dollar dəyərində 50 ədəd F-35 təyyarəsi daxildir.