ABŞ-a İrana hücum üçün torpaqlarımızdan istifadəyə icazə verməyəcəyik

 ABŞ-a İrana hücum üçün torpaqlarımızdan istifadəyə icazə verməyəcəyik

ABŞ hərbçilərinin İrana qarşı əməliyyatda Pakistan torpaqlarından istifadə etməsilə bağlı iddialara aydınlıq gətirilib

Rasthaber Azərbaycan xəbər verir ki, Pakistan Ordusunun sözcüsü Asif Qafur ABŞ hərbçilərinin İrana qarşı əməliyyatda Pakistan torpaqlarından istifadə etməsilə bağlı iddialara aydınlıq gətirib.

ARY News telekanalına danışan Asif Qafur İran ilə ABŞ arasında silahlı qarşıdurma baş verəcəyi təqdirdə, Pakistan müharibənin bir parçası olmayacağını bildirib.

Pakistanın sadəcə sülh üzün addım atacağını önə çəkən Qafur ABŞ XİN rəhbəri Mike Pompeonun İranlı general Qasim Süleymaninin öldürülməsilə bağlı Pakistan Quru Qoşunları komandanı Kamar Cavid Bajvayı məlumatlandırdığını qeyd edib.

Qafur, Bajvanın da Əfqanıstan və İranla bağlı mövzularda sabitlik üçün Pakistan tərəfindən addımın atılmasını Pompeya dediyini də əlavə edib.

ABŞ Ordusunun İrana qarşı Pakistan torpaqlarından istifadə edib etməyəcəyi haqqında sualı isə Qafur “Bular sosial media dedi-qodularıdır. Pakistan başqasına qarşı müharibə üçün torpaqlarının istifadə edilməsinə icazə verməyəcək və bölgədə sülhün hakim olması üçün çalışacaqdır. Pakistan yalnız sülhə yönələn addımları dəstəkləyəcəkdir. Ümid edirəm ki, bölgəmiz müharibəyə sürüklənən deyil.”, -deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR