ABŞ 5 NATO ölkəsində bu qədər atom bombası saxlayır - RUSİYADAN AÇIQLAMA

ABŞ 5 NATO ölkəsində bu qədər atom bombası saxlayır - RUSİYADAN AÇIQLAMA

“NATO üzvü olan 5 qeyri-nüvə ölkəsində ABŞ-ın “B61” ailəsinə aid 200-ə yaxın atom bombası yerləşir”.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və silahlanmaya nəzarət məsələləri üzrə idarəsinin direktoru Vladimir Yermakova müsahibəsində bildirib.

“Biz israr edirik ki, NATO-nun birgə nüvə missiyası fəaliyyətini təcili olaraq dayandırmalı, Amerikanın nüvə silahları ABŞ-ın milli ərazilərinə qaytarılmalıdır. Onun infrastrukturunu və fəaliyyətini təmin edən qurumlar isə ləğv edilmədir. Bu, bizim ABŞ-a təhlükəsizliklə bağlı təkliflərimizdəndir”, - o deyib.

Xəbəri paylaş

VİDEOLAR