ABŞ Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar bu gün Deyr əz-Zor vilayətinə Fərat çayının şərq sahilinə eniş edib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, hadisə Əl-Buseyra kəndində baş verib.
Eniş zamanı yaşayış binalarına və yardımçı tikililərə güclü atəş açılıb. Hadisə şahidlərinin sözlərinə görə, azı 3 dinc sakin həlak olub, yaralılar da var. Əməliyyatda ABŞ hərbçiləri ilə birlikdə Suriya Demokratik Qüvvələrinin (SDQ) döyüşçüləri iştirak edib. Onlar axtarışda olan terrorçuların gizləndiyi bir neçə evə basqın edərək əsirləri özləri ilə aparıblar.
Xatırladaq ki, dekabrın 7-də analoji əməliyyat Əş-Şuxeyldə həyata keçirilib, agentliyin məlumatına görə, Amerika hərbçiləri bir qrup mülki şəxsi əsir götürərək naməlum istiqamətə aparıblar. ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının komandanlığından bununla bağlı heç bir açıqlama verilməyib.