ABŞ müdafiə naziri Lloyd Ostin İraq müdafiə naziri Cuma İnadla görüş zamanı ABŞ-ın İraqdakı hərbi missiyasını cari ilin sonunadək başa çatdıracağını təsdiq edib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti Con Kirbi məlumat verib.
“ABŞ 2021-ci ilin iyul ayında öz üzərinə götürdüyü öhdəlikləri, o cümlədən də ilin sonunadək İraqda döyüş əməliyyatları yerinə yetirən bir dənə də ABŞ qüvvəsinin qalmayacağına dair öhdəlikləri yerinə yetirəcək”, - deyə qeyd edilib.