ABŞ Dövlət Departamenti bu barədə qeyri-rəsmi şəkildə Konqresi məlumatlandırıb.
Rasthaber xəbər verir ki, ABŞ Dövlət Departamenti BƏƏ-yə 18 ən yeni döyüş PUA-sı satmaq planları barədə qeyri-rəsmi şəkildə Konqresi məlumatlandırıb.
PUA-ların ümumi dəyəri 2,9 milyard dollardır.
Qeyd edilir ki, silah satışı BƏƏ və İsrail arasında münasibətlərin normallaşması ilə bağlıdır.
Xatırladaq ki, daha öncə də Tramp administrasiyası BƏƏ-yə F-35 satmaq istəməsi barədə qeyri-rəsmi şəkildə konqresi məlumatlandırmışdı.