Abdullahiyandan İbrahim Rəisinin Türkiyə səfəri ilə bağlı AÇIQLAMA

Abdullahiyandan İbrahim Rəisinin Türkiyə səfəri ilə bağlı AÇIQLAMA

İranın xarici işlər naziri Əmir Abdullahiyan prezident Rəisinin Türkiyəyə səfərinin təxirə salınması ilə bağlı açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Nazirlər Şurasının bu gün keçirilən iclasında mətbuat mənsublarının suallarını cavablandırıb.

Prezident Rəisinin Türkiyəyə səfərinin təxirə salınması ilə bağlı xarici işlər naziri Əmir Abdullahiyan, "Prezidentin bu həftə Ankaraya səfəri Qəzzadakı vəziyyət və atəşkəs prosesi ilə bağlı Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar təxirə salınıb" deyib.

Əmir Abdullahiyan bildirib ki, prezident və Ərdoğan telefonda Türkiyəyə səfərin bir neçə gün ərzində həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR