ABŞ-ın ziddiyətli rəftarı danışıqlardakı ən əsas maneələrdən biridir.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan isveçrəli həmkarı İqnasio Kassislə keçirdiyi telefon danışığı zamanı bildirib.
İranlı nazir xatırladıb ki, İran əleyhinə sanksiyaların ləğvinə dair danışıqlar gələn həftə start götürəcək və rəsmi Tehran yaxşı bir sazişin əldə edilməsinə hazırdır və buna da köklənib.
Lakin eyni zamanda da, Abdullahiyan əlavə edib ki, ölkəsi ABŞ-a güvənmir.