Abdullahiyan danışıqların əsas prinsipini açıqladı

Abdullahiyan danışıqların əsas prinsipini açıqladı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Vyana danışıqlarının bərpasına toxunaraq bütün tərəflərin öz öhdəliklərinə geri dönməsinin əhəmiyyəti barədə danışıb.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, iranlı nazir qeyd edib ki, ölkəsi Vyanadakı danışıqlar masası ətrafında yaxşı saziş təqdim etməyə hazırdır.

Bütün tərəflərin razılığa qayıtması aparıcı və mühüm prinsipdir”, - deyə Abdullahiyan əlavə edib.

Xatırladaq ki, İran XİN başçısının müavini Əli Baqirinin başçılığı altındakı nümayəndə heyəti Londonda səfərdədir.

Xəbəri paylaş

VİDEOLAR