İranın xarici işlər naziri Əmir Abdullahian bu gün Beyrutda Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, bu görüşdə xarici işlər naziri Əmir Abdullahiyan bir neçə gün əvvəl BMT-nin baş katibi Quterreşlə telefon danışıqlarına toxunaraq deyib:
"Müqavimət qruplarının hərəkətləri sionist rejimin baş naziri Netanyahunun ifratçılığının nəticəsi olub. Hazırda ABŞ hamını mötədilliyə çağırır, lakin sionist rejimin yanındadır.
Birləşmiş Millətlər Təşkilatı İsrail rejiminin xüsusilə Fələstin vətəndaşlarına və mülki şəxslərə qarşı hücumlarını dayandırmaq üçün təcili tədbirlər görməlidir, çünki sabah gecdir və vaxt azdır.
Digər mühüm məsələ humanitar yardımın göndərilməsidir ki, bu, ən qısa zamanda həyata keçirilməli və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti bu məsələdə hərəkətə keçməlidir".
BMT-ninYaxın Şərq Sülh Prosesi Xüsusi Koordinatoru Tor Vennesland da Qəzzada baş verən hadisələrlə bağlı narahatlığını ifadə edərək, müharibənin dayandırılması və xüsusilə mülki itkilərin azaldılması üçün Livan və Misir rəsmiləri və bəzi digər tərəflərlə görüşdüyünü bildirib.
Görüşdən sonra mətbuata verdiyi açıqlamada Tor Vennesland İranın xarici işlər naziri Əmir Abdullahiyan ilə Fələstində baş verənləri müzakirə etdiyini bildirib.