Bir sutka ərzində ətraf ölkələrdən 900-dən çox qaçqın Suriyaya qayıdıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyadakı müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.
Bundan əlavə sutka ərzində mütəxəssislər 2,4 hektar ərazidə təmizlik işləri aparıblar, 45 partlayıcı obyekt aşkarlanaraq məhv edilib.