Sionist mənbələr Qəzza zolağına qarşı müharibənin başlanğıcından indiyədək 8,663 sionist hərbiçinin reabilitasiya mərkəzlərinə köçürüldüyünü bildirib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejimin Knesseti (parlamenti) bəyanat yayaraq, 2023-cü il oktyabrın 7-dən və Əl-Əqsa tufanı əməliyyatının başlanmasından bu yana 8,663 sionist hərbiçinin ruhi və fiziki xəstəliklər reabilitasiya şöbəsinə köçürüldüyünü elan edib.
Bu açıqlamada deyilir: Ən çox görülən yaralanma növləri əl və ayaq xəsarətləridir ki, bu da 42% təşkil edir. Hadisədən sonra psixi reaksiya və şok 21%, daxili xəsarətlər 9%, onurğa beyni xəsarəti 7%, qulaq xəsarəti 8%, göz xəsarəti 2% təşkil edir.
Bu bəyanatda yaraların növü və digər xəsarətlər haqqında məlumat verilmir.