Bu barədə Qüds İslami Fondlar İdarəsindən məlumat verilib.
Az.rasthaber.com İslamazeri.com-a istinadən xəbər verir ki, ötən gün onlarla fanatik yəhudi İsrail qüvvələrinin müşayiəti ilə Qüds şəhərindək “Məscidül-Əqsa”-nın ərazisinə soxulublar.
Belə ki, 75 fanatik əl-Əqsa məscidinin cənub-qərbində yerləşən “Bab əl-Məğarib” qapılarından daxil olublar.
Fanatiklər İsrail qüvvələrinin müşayiəti altında ərazidə gəzdikdən sonra oranı tərk edib.
Günün ikinci yarısında daha bir fanatik yəhudilərdən ibarət qrupun məscid ərazisinə yenidən soxulacağı gözlənilir.
Fanatiklərin bu cür rəftarı regionda gərginliyi artmasına səbəb olur.