İsrail zindanlarındakı 7 fələstinli məhbus həbsxana rəhbərliyinin davam edən cinayətlərinə etiraz olaraq keçirdiyi aclıq aksiyasını davam etdirir.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, Fələstinli Məhbuslar Təşkilatı bununla bağlı bəyanatla çıxış edib.
Qeyd edilib ki, İsrailin fələstinli məhbusları azad etməmək israrı onlar arasında ölüm halları ehtimalını artırır. Aclıq keçirənlər taqətdən düşüblər və təhlükəli həddə çatıblar.
İsrail tərəfinin bilərəkdən etdiyi tibbi səhlənkarlıq məhbus İbrahim Qneymətin sağlamlığının pisləşməsinə səbəb olub.
Bildirilib ki, 45 yaşlı Qneymət 4 ilə yaxındır ki, ürək-damar çatışmazlığından əziyyət çəkir və təcili şəkildə xəstəxanaya yerləşdirilməlidir, lakin həbsxana rəhbərliyi bunu etmir.