41 konqresmen Türkiyəyə F-16 qırıcılarının satışına qarşı çıxdı

41 konqresmen Türkiyəyə F-16 qırıcılarının satışına qarşı çıxdı

Konqresin nümayəndəsi Kris Papasın başçılığı altında 41 amerikalı qanunverici ABŞ-ın dövlət katibi Entoni Blinkenə məktubda Türkiyəyə F-16 qırıcılarının satışına qarşı çıxdığını bildirib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Türkiyənin mövcud hərbi təyyarələr üçün onlarla modernləşdirmə sistemi və qırx ədəd F-16 qırıcısını almaq üzrə sorğusuna dair son məlumatlardan sonra ABŞ-ın demokrat və respublikaçı qanunvericiləri bu barədə dövlət departamentindən informasiyaların alınmasını istəyiblər.

Qas Bilirakis və Karolin Maloni məktuba imza atmış qanunvericilərdəndirlər.

Oktyabr ayında məlumat verildi ki, Türkiyə «Lokhid Martin» şirkətinin məhsulu olan F-16 qırıcısından 40 ədədinin və özünün mövcud hərbi təyyarələri üçün 80-ə yaxın modernləşdirmə sisteminin satın alınması barədə ərizə verib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan oktyabrın 17-də müxbirlərə dedi ki, ABŞ Türkiyəyə F-16 qırıcısının satışı təklifini verib.

Deyilənlərə görə, Türkiyəyə F-16 qırıcılarının satşının qarşısını almaq üzrə səy ABŞ-da yaşayan yunanlar və ermənilər şurası tərəfindən himayə olunur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son zamanlar bildirib ki, əgər amerikalılar sifariş edilmiş F-35 qırıcılarını təhvil verməzlərsə, ölkəsi Rusiyadan modern qırıcılar almağa üz tuta bilər.

Xəbəri paylaş

VİDEOLAR