3 Türkiyə hərbçisi İraqda həlak oldu

3 Türkiyə hərbçisi İraqda həlak oldu

İraqın şimalındakı “Pəncə-İldırım” əməliyyat bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həyatını itirib.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə ordusu terrorçuların hücumuna cavaba olaraq hava zərbələri ilə 6 terrorçu zərərsizləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Xəbəri paylaş

VİDEOLAR