2024-cü il yanvarın 1-dən Ukraynada hərbi çağırış tamamilə qısamüddətli intensiv təlimlə əvəz ediləcək.
Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov nazirliyin saytına açıqlamasında məlumat verib.
Nazir qeyd edib ki, bu, cəlb olunanların həcminin tədricən artırılması və vaxtaşırı təlimlər vasitəsilə hərbi peşəkarlığın saxlanılması yolu ilə həyata keçiriləcək.
Onun sözlərinə görə, nazirlik ilk mərhələdə hərbi xidmətə çağırışın saxlanıldığı, lakin alternativ olaraq qısamüddətli, 3-4 ay intensiv hərbi hazırlığın tətbiq olunduğu modelin planını hazırlayıb.
“Belə təlimlərdən sonra gənclər hərbi xidmətə çağırılmayacaq”, - deyə Aleksey Reznikov əlavə edib.
Xatırladaq ki, Ukraynada hərbi xidmətə çağırışın ləğv edilməsi barədə qanun layihəsi hazırlanır.