2022-də İsrail qüvvələrinin atəşi nəticəsində 220-dən çox fələstinli həlak olub

2022-də İsrail qüvvələrinin atəşi nəticəsində 220-dən çox fələstinli həlak olub

Fələstinin baş naziri Məhəmməd Aştiyə bu gün, çərşənbə axşamı bildirib ki, İsrail 2022-ci ildə 220-dən çox fələstinlini öldürüb, 9000-dən çox insanı yaralayıb və 832 evi dağıdıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Məhəmməd Aştiyyə bunu Ramallahda nazirlər kabinetinin iclasında deyib.

Aştiyə cari ildə 220-dən çox fələstinin qarşı tərəfəin gülləsi nəticəsində həlak olduğunu deyib və vurğulayıb ki, “növbəti İsrail hökumətinin (Benyamin Netanyahunun rəhbərlik etdiyi və ifrat sağçı partiyaların da daxil olduğu hökumət) təhdidləri bizi qorxutmayacaq”.

O, əlavə edib: “Xalqımız Qüdsdə əsrin sövdələşməsinin hiyləsinə qarşılıq verdiyi kimi, torpaq və ərazi hüquqlarının pozulmasına da imkan verməyəcək.”

Aştiyə, daha sonra deyib: "Dünya ictimaiyyəti ortaya çıxan yeni məsələlərlə məşğul olmasına baxmayaraq, yenə bizimlədir. Biz Fələstinin ərəblərin qəlbində və azad dünya ictimaiyyətinin qəlbində olduğunu gördük".

Xəbəri paylaş

VİDEOLAR