2021-ci ildə Əfqanıstanda 573 mülki vətəndaş terror aktlarında həyatlarını itiriblər

2021-ci ildə Əfqanıstanda 573 mülki vətəndaş terror aktlarında həyatlarını itiriblər

Әfqanıstanın şәrqindәki Nanqarhar vilayәtindә törәdilәn silahlı hücum nәticәsindә 8 mülki vәtәndaş hәyatını itirib.

Bu barәdә Nanqarhar vilayәtinin valisi Ziaulhak Amarhil mәlumat verib. O, tәcavüzkarların qaçdığını bildirib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının Әfqanıstan üzrә yardım missiyasının aprelin16-da verdiyi bәyanatda  2021-ci ildә ölkәdә 573 mülki vәtәndaşın öldürüldüyü bildirilmişdi.

Bәyanatda öldürülәnlәrin 43,5 faizinin Taliban, 17 faizinin hökumәtә tabe olan qruplaşmalar, 5 faizinin terror tәşkilatı FEAŞ, digәrlәrinin isә dövlәtә tabe olan qruplaşmalar tәrәfindәn öldürüldüyü bildirilmişdi.

Ölkәdә sülhün tәmin olunması ilә bağlı göstәrilәn sәylәr davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR