Bu barədə BMT-dən məlumat verilib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə təxminən 150 min yəmənli ölkələrindəki şiddətli döyüşlərə görə öz evlərini tərk etmək məcburiyyətində qalıb.
“Yəməndəki ailələr toqquşmalara və ölkədə pisləşməkdə olan iqtisadi vəziyyətə görə öz evlərini tərk etməyə davam edir”, - qeyd edilib.
Bildirilib ki, həmin 150 minə yaxın yəmənli əsasən Məarib, Taiz və Hodeyda sakinləridir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçılıq və təcavüz siyasəti yürüdür, ölkəni hava, quru və dənizdən blokadada saxlayır, ölkənin ifrastrukturunu məhv edir, xəstəxana, qida və su anbarlar, məktəblər, yaşayış binaları kimi mülki obyektləri bombardman edir.