2021-ci ildə dünyanın üzləşəcəyi əsas risklər reytinqini tərtib ediblər.
Rasthaber Azərbaycan xəbər verir ki, “Eurasia Group” konsaltinq şirkətinin mütəxəssisləri 2021-ci ildə dünyanın üzləşəcəyi əsas risklər reytinqini tərtib ediblər.
Qeyd edilir ki, xüsusi təhlükəni Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-da yaranacaq siyasi vəziyyət təşkil edir.
Ekspertlərin fikrincə, yeni seçilmiş prezidenti ölkəni 45-ci prezident olan Donald Trampa sadiq müxalifətin təzyiqi altında idarə etmək gözləyir.
2021-ci illə bağlı 2-ci problem mövcud pandemiya ilə bağlıdır – o, böyük dövlət borcu, işdən çıxarılmış işçilər və itirilmiş etibar qismində “öz mirasını” qoyub gedəcək.
3-cü problem isə iqlim dəyişikliyi ilə əlaqədardır. Bu, beynəlxalq rəqabətə gətirib çıxara bilər.