1948-ci ildə işğal olunan Fələstin torpaqlarında 1550 fələstinli həbs olunub

1948-ci ildə işğal olunan Fələstin torpaqlarında 1550 fələstinli həbs olunub

İsrail polisi son iki həftə ərzində 1550 İsrail vətəndaşı fələstinlinin tutulduğunu bildirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İsrail Polisinin verdiyi məlumata görə, son iki həftə ərzində 1550 fələstinli tutulub və onlardan 150 nəfərə qarşı iddianamə hazırlanıb.

Məlumatda tutulma hallarının keçən həftə baş verən hadisələrlə əlaqəli davam etdiyi vurğulanıb və  mayın 23-də gecə saatlarında 74 İsrail vətəndaşı fələstinlinin tutulduğu və həbslərin davam etdiriləcəyi qeyd edilib.

İsrail polisinin Ramazan ayında Məscidül-Əqsada camaata müdaxilə etməsi və İsrail ordusunun mühasirədə olan Qəzza zolağında həyata keçirdiyi hücumlar səbəbiylə İsrailin tərkibindəki Fələstin şəhərlərində də gərginlik artmışdır.

İsrail prezidenti Reuven Rivlin bir çox şəhərdə israilli yəhudilər ilə İsrail vətəndaşı fələstinlilər arasında yaşanan şiddət hadisələrinin vətəndaş müharibəsinə çevrilə biləcəyi xəbərdarlığını etmişdi.

Yəhudilər ilə İsrail vətəndaşı fələstinlilərin bir arada yaşadığı Lid başda olmaqla Tel-Əvivə bağlı Bat Yam və Akka kimi şəhərlər fələstinlilər və israillilər arasındakı zorakılıqlara səhnə olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR