176 Gürcüstan vətəndaşı Fransadan qaytarıldı

176 Gürcüstan vətəndaşı Fransadan qaytarıldı

Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi bildirib

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan hökuməti pandemiya səbəbi ilə ölkə xaricində qalan vətəndaşlarının mərhələli geri qaytarma prosesini davam etdirir.

Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına görə, xüsusi Paris-Tbilisi reysi ilə 176 nəfər də Gürcüstana geri qayıdıb.

Onlar hava limanında tibbi baxışdan keçirilib, daha sonra isə icbari 14 günlük karantinə göndəriliblər.

 

mənbə

Xəbəri paylaş

VİDEOLAR