Əfqanıstandan ABŞ-a aparılan əfqanlar arasında ailələri tərifindən müşayiət edilməyən 1450 uşaq var.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, avqust ayında Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra 100 mindən çox Əfqanıstan vətəndaşı ABŞ-a aparıldı.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti bu barədə məlumat yayıb. Bildirib ki, ölkədən təxliyə işləri zamanı ABŞ-na aparılanlar arasında 1450 uşaq var ki, onlar valideynləri olmadan ABŞ_a aparılıblar. Rəsmilər isə təxliyə edilən ailəsiz uşaqların bəzilərinin ABŞ-da sponsorlar və digər qohumları ilə yaşadığını, 250-nin isə hələ də hökumətin nəzarətində olduğunu qeyd edirlər. Lakin təxliyə edilən uşaqların valideynlərinə qovuşub-qovuşa bilməyəcəyi bilinmir. Bildirilir ki, Xaos mühitində reallaşan təxliyələr zamanı uşaqların bəziləri ailələrindən ayrılıb, bəzi ailələr isə Həmid Karzai Beynəlxalq Hava Limanına təşkil edilən terror hücumunda həyatını itirib.