Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Marqaret Harris bildirib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Əfqanıstanda ilin sonunadək azı 1 milyon uşaq aclıq səbəbi ilə dünyasını dəyişə bilər.
O deyib ki, Əfqanıstanda aclıq səhiyyə üçün böyük problem olaraq artmağa davam edir.
Harri qeyd edib ki, dəyərləndirmələrə əsasən, 5 yaşadək olan 3,2 milyon uşaq ilin sonunadək aclıqdan zərər görə bilər. Və onlardan da minimum 1 milyonu lazımi müalicə olmadığı halda aclığa görə ölmək riski ilə üz-üzədir.