Ayətullah Xamenei YAZARLAR
Ayətullah Xamenei

Builki yürüş ən əzəmətli Qüds yürüşlərindən biri olacaq

"“İran xalqı keçən 46 il ərzində müxtəlif hava şəraitlərində, ağzı oruclu halda Qüds Günü yürüşündə iştirak edib."

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gecə televiziya vasitəsilə etdiyi müraciətdə əvvəlki illərlə müqayisədə builki Qüds Günü yürüşünün daha böyük əhəmiyyət daşıdığını dedi: “İnşallah, builki yürüş ən yaxşı, ən əzəmətli və ən izzətli Qüds Günü yürüşlərindən biri olacaq”.

İnqilabın Rəhbəri öz müraciətində qeyd etdi ki, Qüds Günü yürüşü həmişə İran xalqının birliyi və iqtidarının göstəricisi olmuşdur: “Bu yürüş həm də göstərir ki, İran xalqı özünün siyasi, əsas və mühüm məqsədləri üzərində möhkəm dayanıb və Fələstinə dəstək şüarını tərk etməyəcək”.

 Ayətullah Xamenei bildirdi ki, Qüds günü yürüşü İran xalqının fəxrlərindəndir: “İran xalqı keçən 46 il ərzində müxtəlif hava şəraitlərində, ağzı oruclu halda Qüds Günü yürüşündə iştirak edib. Bu iştirak təkcə böyük şəhərlər deyil, kiçik şəhərlər və kəndlərdə baş tutub”.

O, builki Qüds Günü yürüşünün əhəmiyyətinin keçən illərdəkindən daha çox olduğunu vurğuladı: “Dünya xalqları və İslam dövləti ilə tanışlığı olanlar İran xalqının tərəfindədir. Amma İslam Respublikasına müxalif olan bəzi siyasətlər və hökumətlər İran xalqına qarşı apardıqları əks təbliğatlarda İran xalqının öz içində ixtilaf və zəiflik olduğunu göstərməyə çalışırlar. Lakin Qüds Günü yürüşü bu hiylələrin və boş sözlərin hamısını puça çıxaracaq”.

İslam İnqilabının Rəhbəri müraciətinin sonunda Allah-taalanın köməyi və lütfü sayəsində builki Qüds Günü yürüşünün son illərin ən yaxşı, ən əzəmətli və ən izzətli yürüşlərindən biri olacağına ümidvar olduğunu dedi.

Xəbəri paylaş

Yazarın bütün yazıları