İsrailin hücumları nəticəsində qadın və uşaqların da olduğu 43 fələstinli şəhid olub

İsrailin hücumları nəticəsində qadın və uşaqların da olduğu 43 fələstinli şəhid olub

Qatil İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumlarında aralarında qadın və uşaqların da olduğu 43 fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Səhiyyə mənbələrindən və hadisə şahidlərindən alınan məlumata görə, Qəzza zolağının cənub, orta və şimal bölgələrində müxtəlif bölgələrə edilən hava hücumlarında aralarında qadın və uşaqların da olduğu 43 fələstinli şəhid olub.

Digər tərəfdən, sionist İsrail ordusunun Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki bir mənzili hədəf alan hücumunda iki fələstinli qadın şəhid olub.

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra sionist İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

Xəbəri paylaş

VİDEOLAR