İranın Xarici İşlər Naziri nüvə müzakirələrindəki inkişaflar və tətik mexanizmi məsələsi ilə bağlı bildirib ki, Avropanın tətik mexanizmini işə salmaq üçün hüquqi, siyasi və mənəvi haqqı yoxdur və bunu edərsə, Avropa artıq danışıqlar prosesində rol oynamayacaq.
Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailin həyata keçirdiyi hücumlar səbəbilə Səna beynəlxalq hava limanında uçuşların dayandırılması səbəbindən çoxlu sayda insanın şəhid olduğunu bildirib.
BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik Ümumdünya Humanitar Günü ilə bağlı verdiyi açıqlamada 2024-cü ildə dünya miqyasında dünyasını dəyişən 390 yardım işçisindən 181-nin Qəzzada dünyasını dəyişdiyini bildirib. Düjarrik yardım istəyən fələstinlilərə hücumların davam etdiyini də qeyd edib.