Uçan maşınların satışına başlanılır

Hollandiya istehsalı olan maşın artıq istehsaldadır və 599 min ABŞ dollarına satılacaq.

Uçan maşınların satışına başlanılır

Rasthaber Azərbaycan xəbər verir k, bu haqda “Daily Mail” nəşri bildirir.

Dünyanın ilk uçan və idarə olunan avtomobili ABŞ-ın Florida ştatında Mayami şəhərində test uçuşlara başlayacaq.

 Uçan aparat “Pioneer Personal Air Landing Vehicle”  və ya “PAL-V” adını alıb. O, geri çəkilə bilən üst və arxa pərvanələrlə təchiz olunub və 3.81 kilometr  hündürlükdə uça bilər.

Yanacaq kimi avtomobil benzinindən istifadə olunacağı önə çəkilir.

Bu texnologiya möcüzəsi havada saatda 321 km, yerdə isə 160 km sürət yığa bilir.

Hollandiya istehsalı olan maşın artıq istehsaldadır və 599 min ABŞ dollarına satılacaq.

 Şirkət artıq əvvəlcədən 70 sifariş aldığını bildirib.

Avtomobilin ilk tədarükü 2021-ci il üçün gözlənilir.

 

Xəbəri paylaş

VİDEOLAR