Şeyx Zəkzakilə bağlı mətbuat konfransı

Tehranda Şeyx Zəkzaki ilə bağlı mətbuat konfransı keçirilib

Şeyx Zəkzaki ilə bağlı toplantı keçirilib.

Rasthaber Azərbaycan xəbər verir ki, tədbirdə Nigeriya müsəlmanlarının liderinin yaxınları, vəkilləri və həkimi iştirak edib.

Şeyxin həkimi dr. Nasir Ömər şeyxin səhhətilə bağlı açıqlama verib.

O “Şeyxin səhhəti keçən illər boyunca ordunun etdiklərindən sonra ciddi pisləşdi. Bu vaxt ərzində, xüsusilə Londonda, Şeyxin fiziki vəziyyəti və yaxşılaşdırma yolları haqqında bir çox həkimlə məsləhətləşmə apardım.”, -deyə bildirib.

Nasir Ömər sözlərinin davamında deyib: “Şeyx Zəkzaki, illərin təcrübəsilə nəql edildiyi zindana gedən hər kəsin sərbəst buraxıldığında ciddi sağlamlıq problemləri yaşadığı bir həbsxanaya göndərildi. Şeyx Zəkzaki güllə zəhərlənməsindən vəziyyəti pisləşdi.”

Şeyx Zəkzakinin qızı Süheylə də atası və anası ilə bağlı danışıb.

Onun sözlərinə görə, hazırda Şeyx Zkzaki və həyat yoldaşı xəstəlikdən sonra çox ağır vəziyyətdədirlər.

Süheylə açıqlaması zamanı anasının, Şeyxin həyat yoldaşının yeriməkdə çətinlik çəkdiyini də önə çəkib.

Xəbəri paylaş

VİDEOLAR