Pakistan Quru Qoşunlarının komandanı Bibi-Heybət məscidini ziyarət edib – FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti Bibi-Heybət məscid kompleksini ziyarət etdilər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Bibiheybət məscidinin imamı Seyid Rahib Babayev özünün sosial şəbəkə səhifəsində məlumat verib.

Qonaqlara məscidin tarixi, tikintisi barədə ətraflı məlumat verildi. Səmimi şəraitdə keçən görüşdən sonra birgə namaz qılındı. Bütün dünya müsəlmanları, o cümlədən Azərbaycan və Pakistan xalqının firavanlığı, əmin-amanlığı üçün dualar edildi.

Xəbəri paylaş

VİDEOLAR