Az.rasthaber.com xəbər verir ki, bu barədə hərəmin İdarə Heyətinin üzvü, doktor Əbdül Hadi Əl-İbrahimi bildirib.
İbrahimi bildirib ki, hərəmdə işlər əsasən 2 istiqamətdə aparılır.
Bu işin birinci istiqaməti genişləndirmə layihəsini davam etdirmək, digəri isə hərəmin yaxınlığında yerləşən tarixi abidələri və dini-tarixi irsi qorumaqdır.
Həmçinin qeyd edilib ki, genişləndirmə işləri artıq 1 aydır ki, başlayıb və İraq daxilində və xaricdən bir sıra akademik orqanlar və mühəndislərlə əməkdaşlıq edərək davam etdirilir.
Qeyd edilib ki, genişləndirmə işləri hərəmin cənub, şərq və şimal tərəflərində və ziyarətgahın əsas giriş qapıları ilə üzbəüz yerləşən ümumi sahəsi 6 min kvadrat metr olan üç istiqamətdə başladılıb.