Zərdab-Ağcabədi yolunda ağır qəza
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, yol ilə hərəkətdə olan “KİA” markalı minik avtomobili traktorla toqquşub.
İlkin məlumata görə, azı 5 nəfər ölüb
Hadisə ilə bağlı yayılan ilkin məlumata əsasən, ağır yol qəzası nəticəsində azı 5 nəfər həyatını itirib.
Bildirilir ki, minik avtomobilinin yanması nəticəsində avtomobildə olan azı 5 nəfər yanaraq ölüb.
