Tarixə Düşən Dəfn Mərasimi: Milyonlar Şəhid Rəhər ilə Vidalaşır

2 Dəq Oxuma Müddəti

Dəfn mərasimi səhər saatlarında başladı

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi bu gün səhər saat 06:00-da Tehranda başlayıb.

Mərasim başlamazdan əvvəl paytaxtın əsas küçə və meydanlarına gedən bütün istiqamətlərdə izdiham yaranıb. Bildirilir ki, insanlar gecə saatlarından etibarən mərasimdə iştirak etmək üçün əraziyə toplaşıblar.

Dəfn marşrutu açıqlanıb

İranın İslam İnqilabı Təbliğatını Əlaqələndirmə Şurasının məlumatına əsasən, əsas dəfn marşrutu Dəmavənd küçəsindən başlayaraq İmam Hüseyn (ə) meydanı, İnqilab meydanı, Azadlıq meydanı və Şəhid Ləşkəri küçəsinədək uzanır.

Marşrutla əlaqəli bütün küçə və kəsişmələr də mərasim iştirakçılarının toplaşması üçün ayrılıb.

Mərasimdə dini ibadətlərdə icra olunur

İştirakçılar İran bayraqları, Şəhid Ayətullah Seyid Əli Xameneinin şəkilləri, matəm bayraqları və müxtəlif şüarlar yazılmış plakatlarla yürüşə qatılıblar.

Mərasim boyunca Qurani-Kərim tilavəti səsləndirilir, mərsiyələr oxunur və iştirakçılar dini şüarlar səsləndirərək son vidalarını edirlər.

Marşrut boyunca yaradılan xidmət məntəqələri mərasim iştirakçılarına müxtəlif xidmətlər göstərir. Təhlükəsizlik, təcili tibbi yardım və digər aidiyyəti qurumların əməkdaşları mərasimin təşkilinə nəzarət edirlər.

Cənazəni daşıyan kortej yürüşə qoşuldu

İran mediası Şəhid Ayətullah Seyid Əli Xameneinin və ailə üzvlərinin cənazələrini daşıyan xüsusi avtomobilin mərasim başlamazdan əvvəl hazır vəziyyətə gətirildiyini bildirib.

Sonradan kortej Azadlıq küçəsinə daxil olub və mərasim iştirakçıları tərəfindən, şüarlar və emosional çıxışlarla qarşılanıb.

Müxtəlif bölgələrdən gələn insanlar mərasimdə iştirak edir

Mərasimdə İranın müxtəlif vilayətlərindən gələn insanlar da iştirak edirlər.

Paytaxtın İnqilab meydanında ölkənin müxtəlif bölgələrindən gələn lurlar ənənəvi matəm mərasimləri keçirərək dini nəğmələr oxuyub, sinə vurma mərasimləri təşkil ediblər.

İran mediasının məlumatına görə, dəfn mərasimi boyunca iştirakçılar “Ləbbeyk ya Hüseyn” şüarları səsləndirərək Şəhid Ayətullah Seyid Əli Xamenei ilə vidalaşıblar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş