SEPAH: ABŞ Bazası və Neft Tankerləri Hədəfə Alınıb

1 Dəq Oxuma Müddəti

ABŞ-yə xəbərdarlıq edilib

İran İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, ABŞ rəsmilərinin İranın maraqlarına qarşı təhdidləri və qanunsuz müdaxilələri dayandırılmalıdır.

Bəyanatda vurğulanıb ki, ABŞ tərəfindən təhdidlər və düşmənçilik xarakterli addımlar davam etdiyi müddətdə müqavimət də fəaliyyətini davam etdirəcək.

İordaniyadakı ABŞ bazasına raket zərbəsi endirildiyi bildirilib

İnqilab Keşikçiləri Korpusu Hərbi-Hava və Kosmik Qüvvələrinin İordaniyada yerləşən ABŞ hərbi hava bazasını və ABŞ Mərkəzi Komandanlığının komanda mərkəzini bir neçə ballistik raketlə hədəfə aldığını açıqlayıb.

Bundan əvvəl beynəlxalq media orqanlarında da bu barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, İordaniyada yerləşən ABŞ hərbi bazası istiqamətində ballistik raketlər buraxılıb. Eyni zamanda, ərəb mənbələrinə istinadən İordaniya səmasında partlayış səslərinin eşidildiyi qeyd olunmuşdu.

Hörmüz boğazında üç neft tankeri saxlanılıb

İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri isə üç neft tankerinin təhlükəsiz və qanuni hesab edilməyən marşrut üzrə hərəkəti davam etdirdiyi üçün hədəfə alındığını və saxlanıldığını açıqlayıb.

Bəyanatda həmçinin İranın Hörmüz boğazı üzərində tam nəzarəti təmin etdiyi vurğulanıb.

ABŞ hərbçilərinin yerləşdiyi ərazilərlə bağlı xəbərdarlıq

İnqilab Keşikçiləri Korpusu ABŞ hərbçilərinin yerləşdiyi ölkələrin sakinlərinə onların yaxınlığında olmamağa çağırış edib.

Bəyanatda qeyd olunub ki, ABŞ ordusunun çoxsaylı zabit və hərbçiləri hücum təhlükəsi səbəbindən bazaları tərk edərək şəhərlərdəki binalarda yerləşirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş