Mərasimlər iyulun 4-də başlayacaq
İranda İnqilab Rəhbərinin Dəfn Komitəsi Seyid Əli Xameneinin rəsmi vida, dəfn və anım mərasimlərinin vaxtı və keçiriləcəyi məkanlarla bağlı məlumat yayıb.
Komitənin açıqlamasına əsasən, mərasimlər iyulun 4-dən etibarən başlayacaq və “Ayağa qalxmaq lazımdır” şüarı, eləcə də qaldırılmış yumruq simvolu altında təşkil olunacaq.
Tehranda iki günlük vida mərasimi keçiriləcək
Açıqlamaya görə, ilk mərhələdə Tehrandakı İmam Xomeyni Böyük Musallasında iki gün davam edəcək vida mərasimi təşkil olunacaq.
Tehran, Qum və Məşhəddə cənazə namazı qılınacaq
Komitə bildirib ki, cənazə namazı Tehran, Qum və Məşhəd şəhərlərində keçiriləcək.
İyulun 7-də Qum şəhərində rəsmi dəfn yürüşü və cənazə namazının təşkili nəzərdə tutulur. Mərasimin detalları ilə bağlı əlavə məlumatın sonradan açıqlanacağı qeyd edilib.
İraqda da anım mərasimləri təşkil olunacaq
Nəcəf və Kərbəlada yürüşlər planlaşdırılır
Komitənin məlumatına görə, iyulun 8-də İraqın Nəcəf və Kərbəla şəhərlərində də vida və anım mərasimləri keçiriləcək.
Təşkilati və logistika məsələləri ilə bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətə təqdim ediləcəyi bildirilib.
Dəfn mərasimi Məşhəddə başa çatacaq
Mərasimlərin yekun mərhələsi iyulun 9-da Məşhəd şəhərində keçiriləcək.
Komitənin açıqlamasına əsasən, cənazə İmam Rza ziyarətgahında torpağa tapşırılacaq və bununla da rəsmi mərasimlər başa çatacaq.

