Rəsmi Bakıdan İşğalçı İsrailə Sərt Çağırış: “Qərar Yenidən Nəzərdən Keçirilməlidir”

1 Dəq Oxuma Müddəti

XİN: Qərar ciddi narahatlıq doğurur

Azərbaycan Xarici İşlər Nazirliyi işğalçı İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, bu qərar Azərbaycanda ciddi narahatlıq doğurur və tarixi hadisələrin siyasi məqsədlərlə qiymətləndirilməsi qəbuledilməz hesab olunur.

“Tarixi həqiqətlər təhrif edilir”

Bəyanatda vurğulanıb ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi düzgün yanaşma deyil.

XİN-in mövqeyinə görə, bu cür addımlar xalqlar arasında barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud ziddiyyətləri daha da dərinləşdirir.

 Sionist rejimə qərarı yenidən nəzərdən keçirmək çağırışı

Azərbaycan Xarici İşlər Nazirliyi  işğalçı İsrail hökumətini qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Bəyanatda bildirilib ki, Azərbaycan bundan sonra da tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl siyasətini davam etdirəcək.

Rəsmi Bakı hesab edir ki, tarixi hadisələrin siyasi müstəviyə daşınması regional sabitliyə və sülh prosesinə mənfi təsir göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş