Norveç Fil Dişi Sahilini mübarizədən kənarlaşdırdı
2026 FIFA Dünya Çempionatının 1/16 final mərhələsində Norveç Fil Dişi Sahili üzərində 2:1 hesablı qələbə qazanaraq adını turnirin 1/8 finalına yazdırıb.
İçindəkilər
ABŞ-ın Dallas şəhərində keçirilən qarşılaşmada hesabı 39-cu dəqiqədə Antonio Nusa açaraq Norveçi önə keçirib.
Haaland son sözü dedi
Fil Dişi Sahili 74-cü dəqiqədə Amad Diallo Traorenin qolu ilə tarazlığı bərpa etsə də, oyunun taleyini 86-cı dəqiqədə Erling Haaland həll edib. Ulduz hücumçunun vurduğu qol Norveçə qələbə qazandırıb.
Beləliklə, Skandinaviya təmsilçisi 2:1 hesablı qələbə ilə turnirdə yoluna davam edib, Fil Dişi Sahili isə dünya çempionatı ilə vidalaşıb.
Rəqib Braziliyadır
Bu nəticədən sonra Norveç 1/8 final mərhələsində turnirin favoritlərindən biri olan Braziliya ilə qarşılaşacaq.

