İşğalçı İsrail Əsgərlərinin Nəzarət-Buraxılış Məntəqəsində Saxladığı 4 Aylıq Fələstinli Körpə Həyatını İtirdi

1 Dəq Oxuma Müddəti

Xəstəxanaya aparılan körpə yolda həyatını itirdi

Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Deyr Əmmar kəndinin girişində sionist rejim ordusunun qurduğu nəzarət-buraxılış məntəqəsində 4 aylıq Əhməd Məruf Zeyd adlı körpə xəstəxanaya çatdırıla bilmədiyi üçün həyatını itirib.

Ramallah və əl-Birə valisi Leyla Qənnam bildirib ki, ailə xəstə vəziyyətdə olan körpəni təcili tibbi yardım almaq üçün xəstəxanaya apararkən sionist rejim əsgərləri onların keçidinə icazə verməyib və ailəni nəzarət-buraxılış məntəqəsində bir saatdan çox saxlayıb.

Fələstin rəsmiləri: Körpə vaxtında tibbi yardım ala bilmədi

Leyla Qənnamın sözlərinə görə, ailə gözlədildiyi müddətdə sionistt rejim əsgərləri ərazidə olan fələstinlilərə və avtomobillərə gözyaşardıcı qaz atıblar.

O bildirib ki, körpə xəstəxanaya vaxtında çatdırıla bilməyib və nəticədə həyatını itirib.

Qənnam sionis rejimin İordan çayının qərb sahilində yaratdığı nəzarət-buraxılış məntəqələrinin və yolların bağlanmasının xəstə və yaralıların tibbi xidmətə çıxışını əngəllədiyini vurğulayıb.

Qərb Sahilində humanitar vəziyyət ağırlaşır

Fələstin rəsmilərinin açıqladığı məlumatlara görə, 2023-cü il oktyabrın 8-dən bəri İordan çayının qərb sahilində işğalçı rejim ordusu və yəhudi məskunlaşanların hücumları nəticəsində 1175 fələstinli həyatını itirib, 12 min 919 nəfər yaralanıb.

Məlumata əsasən, həmin müddətdə təxminən 24 min nəfər saxlanılıb, 33 min nəfər isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş