İran BMT-yə Sərt Cavab: Özünümüdafiəni Necə Qınaya Bilərsiniz?

1 Dəq Oxuma Müddəti

Tehran Quterreşin bəyanatını tənqid etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BMT Baş katibi Antonio Quterreşin Hörmüz boğazında yaranmış gərginliklə bağlı açıqlamasına etiraz edib.

Bəqai sosial şəbəkədə paylaşdığı bəyanatda bildirib ki, İranı hücumlara qarşı özünü müdafiə etdiyi üçün ittiham etmək “məsuliyyətsiz və ədalətsiz yanaşmadır”.

Onun sözlərinə görə, bölgədə baş verənlər adi hərbi münaqişə deyil, ABŞ və İsrailin başlatdığı hərbi əməliyyatların davamıdır.

“Əməliyyatlar qanuni özünümüdafiədir”

İsmayıl Bəqai bəyan edib ki, İran heç bir ölkəyə hücum etməyib.

O bildirib ki, İranın Fars körfəzi sahillərində yerləşən ABŞ hərbi bazalarına qarşı həyata keçirdiyi əməliyyatlar qanuni özünümüdafiə hüququ çərçivəsində icra olunub və beynəlxalq hüquqa zidd hesab edilə bilməz.

Quterreş bütün tərəflərə çağırış edib

BMT Baş katibi Antonio Quterreş isə daha əvvəl yaydığı bəyanatda ABŞ və İran arasında Hörmüz boğazında yenidən başlayan hərbi əməliyyatlardan ciddi narahatlığını ifadə edib.

Quterreş İranın Hörmüz boğazında gəmilərə qarşı hücumları, ABŞ-ın İrana endirdiyi zərbələr və İranın qonşu ölkələrdəki hədəflərə qarşı əməliyyatlarının bölgədə gərginliyi artırdığını bildirib.

BMT Baş katibi bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş