“İbrahim Razılaşmaları” Nə Deməkdir?

5 Dəq Oxuma Müddəti

Amerikanın yeni planı “İbrahim razılaşmalarını” canlandırmaqdır.

ABŞ İrana qarşı hərbi sahədə qələbə qazana bilməyincə ümidini danışıqlara bağlamışdı, amma oradan da indiyə qədər istədiyini ala bilmədiyi üçün indi yeni planını işə salmağa çalışır.

Mediada çox tez-tez eşitdiyiniz və bundan sonra da çox eşidəcəyiniz bir mövzu “İbrahim razılaşmalarıdır.”

6 il əvvəl təməlini qoyduqları “İbrahim razılaşmalarını” canlandırmaq istəyirlər.

Bu razılaşmanın adı niyə İbrahim razılaşmaları olaraq keçir?

“İbrahim Razılaşmalarının” adı Hz. İbrahimdən (ə) götürülmüşdür. İbrahimi dinlərin, xüsusilə Yəhudilik, Xristianlıq və İslamın, hz. İbrahimin (ə) mənəvi roluna dair ortaq inancına əsaslanır. Hz. İbrahim (ə) tövhid dinlərinin atası kimi tanınır. Bu adın sülh və qardaşlıq üçün olduğunu deyirlər.

İbrahim razılaşmaları nə deməkdir?

İbrahim Razılaşmaları, sionist rejim ilə müsəlman ölkələrinin diplomatik, iqtisadi, texnoloji, siyasi və mədəni əlaqələrini qurmaq, normallaşdırmaq üçün hazırlanmış tarixi bir sui-qəsd təşəbbüsüdür.

Bu razılaşmadan əvvəl bir çox ərəb dövləti sionist rejimi rəsmi olaraq tanımırdı. Heç bir iqtisadi və siyasi əlaqələri yox idi. Bu razılaşma bir çox şeyi dəyişdirdi.

İlk dəfə İbrahim razılaşmaları adı ilə masaya oturdular

İbrahim Razılaşmaları, sionist rejim ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında 15 sentyabr 2020-ci ildə imzalanan, Ərəb-sionist rejim normallaşmasına dair ikitərəfli razılaşmalardır. Amerika Birləşmiş Ştatlarının vasitəçilik etdiyi, 13 avqust 2020-ci il tarixli ilk elan yalnız sionist rejim və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı idi.

İkitərəfli razılaşmaların bir hissəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, sionist rejimin Fələstin üzərindəki suverenliyini tanıdı və tam diplomatik münasibətlərin qurulmasına imkan yaratdılar.

22 dekabr 2020-ci ildə sionist rejim-Mərakeş normallaşma razılaşması imzalandı. Mərakeşin sionist rejimin suverenliyini tanıması qarşılığında ABŞ, Mərakeşin Qərbi Səhra üzərindəki suverenliyini tanıdı.

Sudan hökuməti, 6 yanvar 2021-ci ildə (2020-ci ilin oktyabrında imzalanan) sionist rejimin-Sudan normallaşma razılaşmasının ardından, Amerika xəzinə naziri Steven Mnuchinin şahidliyi ilə Xartumda “İbrahim Razılaşmaları Bəyannaməsi”ni imzaladı.

7 mart 2023-cü il etibarilə Sionist Rejim Baş naziri Netanyahu və Xarici İşlər naziri Eli Cohen, Abraham/İbrahim Razılaşmasının İndoneziya, Niger, Mavritaniya və Somalini əhatə edəcək şəkildə genişləndirilməsi üçün amerikalılarla danışıqlar apardılar.

Daha sonra Sudan, Mərakeş və Qazaxıstan da imzaçılar arasına qatıldı.

Buraya qədər olduqca normal şəkildə mühiti hazırladılar. 6 il əvvəl qurulmuş “İbrahim razılaşmaları”nı istənilən səviyyəyə gətirdilər. Bu zamana qədər heç kim etiraz da etmədi.

“İbrahim razılaşmaları” son günlərdə Tramp tərəfindən yenidən gündəmə gətirilmiş və genişləndirilməsinə qərar verilmişdir.

Hansı ölkələrin qoşulması istənilir?

ABŞ Prezidenti Donald Tramp, İran ilə razılaşmanın bir hissəsi olaraq bölgə ölkələrinin sionist rejim ilə münasibətlərini normallaşdırmasının lazım olduğunu müdafiə etdi.

Tramp Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanın İbrahim Razılaşmalarını imzalamasının zəruriliyini vurğuladı.

Tramp, 24 mayda bu ölkələrin liderləri ilə İranla müharibəni sona çatdırmaq cəhdləri haqqında danışdığını söylədi.

“Danışıqlar aparılan ölkələr Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (onsuz da üzvdür!), Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyndir (onsuz da üzvdür!)” ifadələrini işlətdi.

Sual budur; bu ölkələr niyə sionist rejimlə barışmağa qərar vermişlər?

Bunun iki mühüm səbəbi vardır;

Birinci səbəb; iqtisadi və texnoloji maraqlardır. Sionist rejim, müasir kənd təsərrüfatına və inkişaf etmiş tibbə malikdir. Zəngin ərəb ölkələri bu fürsətdən yararlanıb ölkələrini inkişaf etdirmək üçün bu iki sahədə investisiya etmək istəyirlər. Bu sahədə ikitərəfli danışıqlar illər əvvəl gizli şəkildə başlamış və qarşılıqlı uçuşlar həyata keçirilirdi.

İkincisi və əsas səbəb isə bölgədə ortaq düşmən kimi göstərdikləri İran və Müqavimət Cəbhəsinin varlığıdır. İran sionist rejimi işğalçı bir rejim kimi görməkdə və onun varlığını tanımamaqdadır.

Fars Körfəzi ölkələri sionist rejimin varlığını təhdid edən İranın özlərini də təhdid etdiyinə inandırılmağa çalışılır.

Bu saxta narahatlıq, aralarındakı dərin düşmənçilikləri unudub İrana qarşı birlik olmağa qərar vermələrinə zəmin hazırlamışdır.

Bu plan Qərbi Asiyanın xəritəsini dəyişdirə bilərmi?

Qərbi Asiyada qədim dostluq və birlikləri yandırıb dağıdaraq bölgədə yeni bir xəritə yarada bilərmi?

Qərbi Asiya uzun müddətdir Ərəblər və Sionist rejim olaraq iki cəbhəyə ayrılırdı. İndi isə Amerikanın dəstəyi ilə bu iki güc yeni bir hərbi və təhlükəsizlik ittifaqına çevrilmək istənilir.

Bu halda əvvəlkinin yerinə yeni iki cəbhə yaranır: bir tərəfdə bu “İbrahim razılaşmalarına imza atmış və atması istənilən ölkələr ittifaqı”, digər tərəfdə isə “İran və müttəfiqləri (müqavimət cəbhəsi)”.

Bu plan həyata keçərsə, son yüz ildə bölgədə baş verəcək ən böyük geosiyasi inkişaf olacaqdır.

İbrahim razılaşmaları kağız üzərində bir razılaşma kimi görünə bilər, amma gerçəkdə yeni bir Qərbi Asiya formalaşır/doğur. Görünüşdə iqtisadi, gerçəkdə isə sionist rejimin təhlükəsizliyini, regional üstünlüyünü təmin etməyi hədəfləyən plan bölgə ölkələri üçün həyati bir mövzudur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş