HƏMAS sionist rejimin planlarına reaksiya verdi
HƏMAS işğalçı rejimin maliyyə naziri Bezalel Smotriç tərəfindən açıqlanan yeni məskunlaşma planlarını təhlükəli addım kimi qiymətləndirib.
Hərəkat bildirib ki, işğal altındakı İordan çayının qərb sahilində on minlərlə yeni yaşayış vahidinin tikilməsi bölgədə gərginliyi daha da artıracaq.
“İşğal hökumətinin həqiqi siması budur”
HƏMAS açıqlamasında sionsit rejim hökumətini “işğal, ilhaq, aparteid və etnik təmizləmə siyasəti yürüdən hökumət” adlandırıb.
Bəyanatda qeyd olunub ki, sionsit rejimin torpaq müsadirəsi, məskunlaşma siyasəti və fələstinlilərin həyat imkanlarının məhdudlaşdırılması ilə beynəlxalq qanunları açıq şəkildə pozur.
“Məskunlaşmalar işğala legitimlik qazandırmayacaq”
HƏMAS vurğulayıb ki, yeni məskunlaşma layihələri işğalçı rejimə heç bir legitimlik verməyəcək.
Hərəkatın fikrincə, ilhaq və yəhudiləşdirmə planları Fələstin xalqının iradəsini qıra və onu öz torpağından çıxara bilməyəcək.
Fələstinlilərə müqavimət çağırışı
HƏMAS bütün fələstinliləri sionist rejim qüvvələrinə və məskunlaşmaçı qruplara qarşı müqaviməti gücləndirməyə çağırıb.
Hərəkat beynəlxalq ictimaiyyəti də “susqunluq və tərəfkeşlik siyasətinə son qoymağa” səsləyib.
Smotriçin daha geniş planları var
Rejim mediasının məlumatına görə, Bezalel Smotriç hökumətdəki “təhlükəsizlik naziri” İtamar Ben Qvir-ə İordan çayının qərb sahilinin ilhaqını sürətləndirməyi təklif edib.
Məlumata əsasən, planlarda Livanla bağlı addımlar və Qəzza əhalisinin bölgədən köçünü təşviq edən yanaşmalar da yer alır.
Məskunlaşma siyasəti genişlənir
Sionist rejim hökuməti son aylarda Qüds daxil olmaqla işğal altındakı ərazilərdə yeni məskunlaşma layihələrini sürətləndirib.
Bu çərçivədə iri maliyyə paketləri, tikinti layihələri və hərbi tədbirlər həyata keçirilir.
Beynəlxalq təşkilatlar isə bu siyasətin iki dövlətli həll perspektivini daha da zəiflətdiyini bildirirlər.

