DTX-yə yeni səlahiyyət verildi
İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” 19 iyun 2001-ci il tarixli 507 nömrəli Fərmana dəyişiklik edib.
Yeni fərman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq imzalanıb və 2026-cı il 23 fevral tarixli digər prezident fərmanının icrası ilə əlaqədar qəbul edilib.
Strateji obyektlərlə bağlı əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
Dəyişikliyə əsasən, fərmana yeni bənd əlavə olunub.
Yeni qaydaya görə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həyata keçirəcək.
Bu dəyişikliklə həmin istiqamətdə əməliyyat-axtarış səlahiyyətləri rəsmi şəkildə DTX-yə həvalə olunub.

