Çin Mediası: Tramp Niyə İrana Zərbədən Son Anda Geri Çəkildi?

2 Dəq Oxuma Müddəti

Tramp İrana planlaşdırılan zərbəni ləğv etdiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hərbi zərbənin ləğv edildiyini açıqlayıb.

Onun sözlərinə görə, Tehran hücumun təxirə salınmasını istəyib və tərəflər Hörmüz boğazının yenidən açılması, eləcə də İranın nüvə proqramı ilə bağlı razılaşmanın əsas prinsipləri üzərində anlaşma əldə ediblər.

Tramp bildirib ki, İsrail də bu yanaşmanı dəstəkləyir.

ABŞ və İsraildə hərbi hazırlıq davam edir

Trampın açıqlamasından əvvəl ABŞ və İsrail rəsmiləri İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı hücum planlarının hazırlandığını bildirmişdilər.

ABŞ Dövlət Departamenti Qərbi Asiyada olan vətəndaşlarına bölgəni tərk etməyə hazır olmaları barədə xəbərdarlıq edib. Eyni zamanda, İsrail mətbuatı ölkənin mümkün hərbi əməliyyatlara görə yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıb.

Tehran müqaviməti davam etdirəcəyini bəyan edib

İran Xarici İşlər Nazirliyi ölkənin ABŞ-ın təzyiqlərinə və hərbi addımlarına qarşı müqaviməti davam etdirəcəyini açıqlayıb.

Rəsmi Tehran Vaşinqtonu dəniz blokadasını davam etdirməkdə, iqtisadi təzyiqləri artırmaqda və beynəlxalq hüququ pozmaqda ittiham edib.

Çinli analitik: ABŞ strateji ziddiyyətlə üz-üzədir

Çinin “Global Times” nəşrinin yazdığına görə, ABŞ-ın qərarı Vaşinqtonun dərin strateji ziddiyyətlərini üzə çıxarır.

Lançjou Universitetinin Əfqanıstan Araşdırmaları Mərkəzinin rəhbəri Çjou Yonqbyonun fikrincə, ABŞ hərbi gücünə arxayın olsa da, uzunmüddətli müharibənin siyasi və iqtisadi nəticələrindən ehtiyat edir.

Analitik hesab edir ki, Donald Trampın “maksimum təzyiq” siyasəti və İsrailin təzyiqləri ABŞ-ın xarici siyasətində qeyri-müəyyənliyi daha da artırır.

Onun sözlərinə görə, Qərb İran cəmiyyətinin müqavimət imkanlarını düzgün qiymətləndirməyib və xarici hərbi müdaxilənin nəticələrini olduğundan artıq hesab edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş