“Bloomberg”: Pentaqon Raket Ehtiyatına Görə Milyardlar İstəyir

2 Dəq Oxuma Müddəti

“Bloomberg”: Pentaqon əlavə maliyyə tələb edir

ABŞ-ın “Bloomberg” agentliyi xəbər verir ki, Pentaqon İranla müharibədən sonra tükəndiyi bildirilən raket ehtiyatlarını bərpa etmək məqsədilə 18,2 milyard dollar əlavə maliyyə ayrılmasını istəyir.

Məlumata görə, bu vəsait ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi 67 milyard dollarlıq fövqəladə maliyyələşdirmə paketinin tərkib hissəsidir.

Patriot, THAAD və “Tomahawk” raketləri üçün vəsait ayrılması planlaşdırılır

Agentliyin məlumatına əsasən, ayrılması nəzərdə tutulan vəsait əsasən Patriot, THAADTomahawk raketlərinin, eləcə də digər yüksək dəqiqlikli silah sistemlərinin ehtiyatlarının bərpasına yönəldiləcək.

Sənədlərə görə:

  • 5,75 milyard dollar – THAAD raketləri;
  • 5,57 milyard dollar – Patriot MSE raketləri;
  • 3,28 milyard dollar – ABŞ Hərbi Dəniz Qüvvələrinin “Standard” raket ailəsi;
  • 100 milyon dollar – hələ istismara verilməmiş yeni taktiki hava-hava raketi üçün nəzərdə tutulub.

Ümumi raket alışına 21 milyard dollar ayrılması təklif olunur

“Bloomberg”in yazdığına görə, ABŞ-nin müdafiə naziri Pit Heqset Senatın Mənimsəmələr Komitəsinə təqdim etdiyi yazılı açıqlamada bildirib ki, maliyyə paketində ümumilikdə 21 milyard dollar yeni raketlərin və digər döyüş sursatlarının alınmasının sürətləndirilməsi üçün nəzərdə tutulub.

Bu vəsaitin böyük hissəsinin ABŞ ordusunda çatışmazlıq olduğu bildirilən yüksək texnologiyalı raket sistemlərinin alınmasına sərf edilməsi planlaşdırılır.

Sənədlər Konqresə təqdim olunub

“Bloomberg”in məlumatına görə, maliyyə ilə bağlı rəqəmlər ABŞ Senatı və Nümayəndələr Palatasının müdafiə komitələrinə təqdim olunan Pentaqon sənədlərində əks olunub.

Agentlik qeyd edir ki, bu göstəricilər ABŞ ordusunun raket ehtiyatlarının vəziyyəti ilə bağlı narahatlıqları əks etdirir. Xəbərin yayımlandığı vaxt ABŞ Müdafiə Nazirliyi bu məlumatlarla bağlı əlavə rəsmi açıqlama verməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş