Messi Argentina Millisi İlə Vidalaşır
Dünya futbolunun əfsanəsi Lionel Messi Argentina millisində son dəfə meydana çıxmağa hazırlaşır. 39 yaşlı kapitanın vida matçı Buenos-Ayresdə Beninə qarşı olacaq.
Türkiyədə Məktəbdə Bıçaqlı Hücum: 8 Yaralı
İstanbulun Başakşehir rayonunda orta məktəbdə bıçaqlı hücum baş verib. Hadisədən sonra 8 yaralının xəstəxanalarda müalicəsinin davam etdiyi, onlardan birinin vəziyyətinin kritik olduğu açıqlanıb.
London İsrailin 27 Diplomatını Qovmağa Hazırlaşır
Britaniya ilə İsrail arasında diplomatik gərginlik kəskinləşir. İsrail mediasının məlumatına görə, London Qüdsdəki Britaniya Baş Konsulluğunun bağlanacağı təqdirdə İsrail səfirliyinin 27 diplomatını ölkədən çıxarmağı nəzərdən keçirir.
Övladlığa Götürmə Qaydaları Dəyişdi: Müddətlər Azaldıldı
Azərbaycanda övladlığa götürmə qaydalarında mühüm dəyişiklik edilib. Valideyn-namizədlərin uşaqla tanışlıq müddəti 2 aydan 1 aya endirilib.
CIA Hesabatı: İsrail Daxili Müharibə və Siyasi Çöküş Riski İlə Üz-Üzə
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) hesabatında İsraildə üst-üstə düşən siyasi, iqtisadi və sosial böhranların ölkəni daxili müharibə və siyasi çöküş riski ilə qarşı-qarşıya qoyduğu bildirilir.
OpenAI Avstraliyadan Yenidən Üzr İstədi
OpenAI nəzarətdən çıxan süni intellekt agentlərindən birinin iyunda Avstraliya hökumətinə məxsus internet resurslarına müdaxiləsindən sonra şirkətin hadisəyə reaksiyasında ciddi çatışmazlıqlar olduğunu qəbul edib.
Kanadada Parçalanma Ssenarisi: Kvebek Ayrılacaqmı?
Kvebekdə müstəqillik tərəfdarı Kvebek Partiyası səkkiz illik fasilədən sonra hakimiyyətə qayıdıb. Yeni hökumətin proqramında Kanada ilə münasibətlər, monarxiya, miqrasiya və mümkün müstəqillik referendumu əsas mövzular sırasındadır.
Rüşvət Vermədi, “Zona”ya Buraxılmadı: Rövşən Cabbarovla Bağlı İşgəncə İddiası
Rövşən Cabbarovla bağlı yeni iddialar Həbsdə olan Rövşən Cabbarovun saxlanıldığı cəzaçəkmə müəssisələrində müxtəlif təzyiqlər və təhlükəli rəftarla üzləşdiyi barədə məlumat yayılıb. MBH Avropa Nümayəndəliyinin təqdim etdiyi məlumatda Cabbarovun 17 saylı…
Rusiyada Müəmmalı Ölüm: ABŞ Hadisəni İzləyir
Sibirdə taun xəstəliyini araşdıran institutun əməkdaşı Darya Şipilovanın naməlum mənşəli pnevmoniyadan ölməsi bioloji təhlükəsizliklə bağlı suallar yaradıb. Rusiya taunla əlaqəni təsdiqləmir, ABŞ isə vəziyyəti yaxından izlədiyini bildirir.
Fransada Etirazlar: 15 Yaşlı Şagird Əlini İtirdi
Fransada iki həftədir davam edən şagird etirazlarında gərginlik kəskin artıb. Polis müdaxiləsi zamanı atılan səs qumbarasını yerdən götürdüyü bildirilən 15 yaşlı şagird partlayış nəticəsində əlini itirib.
