Bakıda Dəhşətli Ailə Faciəsi: Bayram Məmmədovun Anası Qətlə Yetirildi

1 Dəq Oxuma Müddəti

Sabunçuda qətl hadisəsi baş verib

Bakının Sabunçu rayonunda bu gün səhər saatlarında ağır qətl hadisəsi qeydə alınıb.

İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Sevinc Məmmədova yaşadığı evdə baş vermiş münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Oğlu saxlanılıb

Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bayram Məmmədovun ailəsində faciə

Qətlə yetirilən Sevinc Məmmədova 2021-ci ildə İstanbulda vəfat etmiş “NİDA” Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun anası olub.

Cinayətdə şübhəli bilinən Elvin Məmmədov isə Bayram Məmmədovun qardaşıdır.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar istintaqın gedişində müəyyən ediləcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş