İran hücumları atəşkəsin pozulması sayır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ötən gecə baş verən hücumlar beynəlxalq hüququn və atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır.
Onun sözlərinə görə, Tehran bu hadisəni ciddi təhlükəli addım hesab edir və məsələ diqqətlə izlənilir.
İran ordusunun tam hazırlıq vəziyyətində olduğu bildirildi
Bəqai qeyd edib ki, hazırda İran atəşkəs rejimi çərçivəsində hərəkət edir.
O bildirib ki, İran Silahlı Qüvvələri bölgədə baş verən prosesləri yüksək dəqiqliklə izləyir və istənilən vəziyyətə cavab vermək üçün tam hazırlıq vəziyyətindədir.
“Düşmənə güclü sillə vuruldu”
İran rəsmisi ölkənin silahlı qüvvələrinin son qarşıdurmalarda düşmənə ağır zərbə endirdiyini deyib.
Bəqai vurğulayıb ki, İran lazım gəldiyi halda istənilən bölgədə hər hansı hücuma sərt və qəti cavab verəcək.
ABŞ planı ilə bağlı qərar hələ verilməyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonun təqdim etdiyi təkliflə bağlı məsələyə də toxunub.
O bildirib ki, ABŞ planına İranın cavabı hələ də araşdırılır və yekun qərar qiymətləndirmə başa çatdıqdan sonra açıqlanacaq.
İran mediası ABŞ qüvvələrinin itki verdiyini bildirir
İran dövlət televiziyası ötən gecə İran Silahlı Qüvvələrinin qarşı tərəfə ciddi zərər vurduğunu açıqlayıb.
Məlumata görə, Tehran bölgədə vəziyyətə nəzarəti və hərbi gücünü qoruyub saxlayır.
Vaşinqton əməliyyatların ayrı olduğunu bildirir
ABŞ dövlət katibi Marco Rubio isə cümə axşamı həyata keçirilən hücumların “Epik Qəzəb” əməliyyatından ayrı olduğunu deyib.
Vaşinqton bölgədə gərginliyin artmasına baxmayaraq vəziyyətin nəzarətdə olduğunu açıqlayır.
Hörmüz boğazında gərginlik davam edir
Hazırda Hörmüz boğazı ətrafında ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən vəziyyət gərgin olaraq qalır.
İran rəhbərliyi isə ölkənin təzyiqlərə boyun əyməyəcəyini və yeni hücumların davam edəcəyi təqdirdə daha sərt cavab veriləcəyini bildirir.
